Qlobal iqtisadiyyatlarda müşahidə olunan yüksək inflyasiya göstəriciləri, artan faiz dərəcələri və yaşanan enerji, həmçinin ərzaq böhranı səbəbilə getdikcə yüksələn qlobal resessiya ehtimalları fonunda birjalarda durğunluq yaşanır.
Bu gün Bakı vaxtı ilə saat 10:00 İngiltərədə və 13:00-da Avrozonada açıqlanacaq inflyasiya göstəriciləri EUR/USD və GBP/USD cütlüklərində tendensiyanın gedişinə ciddi təsir edə bilər.
Artan qlobal resessiya qorxuları fonunda qızıl qızıl aktuallığını qoruyur. 1646$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1655$-ın üzərinə yüksəlsə, 1671$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.