Dünən ABŞ da “Pərakəndə satış” göstəricilərinin qənaətbəxş açıqlanması dollar indeksinin mövqeyini qoruyub saxlamağa imkan verdi. Əsas valyutaların qiyməti üfüqi istiqamətdə dəyişir.
Bu gün Bakı vaxtı ilə 13.00-da Avrozonadan açıqlanacaq “İstehlak qiymətlər indeksi” (CPİ) haqqında məlumatlar investorların diqqət mərkəzində olacaq.
1660$ qədər ucuzlaşan qızılda eniş tendensiyasının davam edəcəyi gözlənilir. 1655$ səviyyəsinin qırıldıldığı təqdirdə 1650$ və 1640$ səviyyələrinədək eniş ola bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.