Bu gün açıqlanacaq Avrozonada açıqlanacaq inflyasiya və Amerikada açıqlanacaq əmək bazarı göstəriciləri birjalarda ciddi qiymət dəyişikliklərinə səbəb ola bilər. Xüsusilə də "NFP" göstəriciləri proqnozlaşdırılan kimi artımla açıqlanarsa, bu, FED-in faiz artımı ehtimallarını da yüksəltdiyi üçün dolların kəskin bahalaşmasına təsir edə bilər.
FED-in faiz artımı ehtimallarının təzyiqi ilə eniş tendensiyasını davam etdirən qızıl, hazırda 1790$ hədlərində ticarət olunur. Qiymətli metalın bir unsiya üzrə dəyəri 1785$-lıq dəstək həddinin altına düşərsə, eniş tendensiyası davam edə bilər.
Kriptovalyuta birjalarında bitkoin də dəyər itirməkdə davam edir. 41 min dollara ticarət edilən BTCUSD məzənnəsi üzrə təhlillərə əsasən, ucuzlaşma 33 min dollara kimi davam edə bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.