Dünən Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı zamanı inflyasiya ilə mübarizə tədbiri kimi növbəti iclaslarda uçot faizinin artırılmasının nəzərdə tutulduğunu bildirib.
Bu gün Bakı vaxtı ilə 22.00-da ABŞ Mərkəzi bankının “Faiz qərarı”nı açıqlaması öncəsi bazarlarda ciddi dəyişiklik müşahidə olunmayıb.
1660$ qədər ucuzlaşan qızılda eniş tendensiyasının davam edəcəyi gözlənilir. 1655$ səviyyəsinin qırıldıldığı təqdirdə 1650$ və 1640$ səviyyələrinədək eniş ola bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.