Ötən həftə Avropa Mərkəzi bankının monetar siyasəti sərtləşdirəcəyi haqqındakı bəyanatından sonra dollar indeksi 107.59 bənd səviyyəsinədək ucuzlaşdı ki, bu da əsas valyutaların bahalaşması ilə müşayət olunur.
Bu gün Bakı vaxtı ilə 13.00-da Almaniyadan “İqtisadi inkişaf proqnozu” və 16.30-da ABŞ-da açıqlanacaq istehlak qiymətləri indeksi haqqında məlumatlar investorların diqqət mərkəzində olacaq. Qeyd etmək lazımdır ki, istehlak qiymətlər indeksi inflyasiyanın əsas göstəricisi hesab olunur.
1735$ qədər bahalaşan qızıl hal-hazırda 1720$ səviyyələrində ticarət olunur. Artım tendensiyasının davam edəcəyi gözlənilir. 1725$ səviyyəsinin qırıldıldığı təqdirdə 1730$ və 1735$ səviyyələrinədək artım ola bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.