Dünən ABŞ da “İstehsal qiymətlər indeksi” (PPİ) göstəricilərinin 8.7% səviyyəsində açıqlanmasından sonra dollar indeksi 109.00 bənd səviyyəsinədək ucuzlaşdı ki, bu da əsas valyutalarda korrektiv bahalaşma ilə müşayət olundu.
Bu gün Bakı vaxtı ilə 16.30-da ABŞ-da açıqlanacaq “Pərakəndə satış göstəriciləri” haqqında məlumatlar investorların diqqət mərkəzində olacaq.
1690$ qədər ucuzlaşan qızılda eniş tendensiyasının davam edəcəyi gözlənilir. 1685$ səviyyəsinin qırıldıldığı təqdirdə 1680$ və 1670$ səviyyələrinədək eniş ola bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.