Davosda Dünya İqtisadi Forumunda çıxış edən BlackRock-un CEO-su Larry Fink, Bitcoin-in qiymətinin 700,000 dollara qədər yüksələ biləcəyini bildirib. O, Bitcoin-in qlobal səviyyədə istifadə edilə bilən maliyyə aləti kimi valyutaların dəyərsizləşməsi və iqtisadi-siyasi risklərə qarşı həll yolu olduğunu vurğulayıb.
Bitcoin qiyməti 100 min dolları keçib - SON QİYMƏT
Fink əlavə edib ki, suveren sərvət fondu ilə müzakirələr zamanı portfelin 2%-dən 5%-ə qədərini Bitcoin-ə ayırma məsələsi gündəmə gəlib. “Əgər bu yanaşma qəbul edilsəydi, Bitcoin-in qiyməti 500,000-700,000 dollara çata bilərdi,” deyə qeyd edib.
BlackRock-un əvvəlki hesabatında da Bitcoin-in dəyər saxlama vasitəsi və ödəniş sistemi kimi diversifikasiya üçün tövsiyə edildiyi vurğulanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.