Dünyanın qiymətli metal bazarlarında qızıl-gümüşün çökməsindən sonra kriptovalyuta bazarında da çöküş başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əsas kriptovalyuta sayılan bitkoinin qiyməti 80 min dollardan aşağı düşüb. Hazırda kripto birjalarda, o cümlədən Binance-də bitkoinin qiyməti 77,85 min dollardır.
Bu son 10 ayda ən aşağı qiymətdir, sonnucu dəfə belə qiymət 2025-in aprelində olmuşdu.
Maraqlıdır ki, cəmi 3 ay əvvəl – 2025-in oktyabrında bitkoinin qiyməti rekord həddə bahalaşaraq 125 min dollara qalxmışdı. Sonra isə qiymətlərin tədricən enməsi başlayıb.
Qeyd edək ki, ilin əvvəlində bitkoinini qiyməti 87,7 min dollar, yanvarın 15-də, yəni cəmi 15 gün əvvəl isə 97 min dollar idi.





![[red]Bitkoinin də çökdü – 80 MİNDƏN AŞAĞI DÜŞDÜ[/red] | FED.az](upload/news/small/1248350.jpg)
![[red]Bitkoinin də çökdü – 80 MİNDƏN AŞAĞI DÜŞDÜ[/red] | FED.az](upload/news/small/379221.png)







