Donald Trampın ABŞ-da prezident seçilməsi ilə kriptovalyuta bazarlarının yüksəlişi davam edir. Aktiv kriptovalyuta investorları Trampın seçilməsindən sonra ABŞ hökumətinin bu sahəyə daha mehriban yanaşacağını gözləyirlər.
FED.az xəbər verir ki, əsas kriptovalyuta olan Bitcoin, seçilmiş prezident Donald Trampın rəqəmsal aktivləri mənimsəməsi və kriptovalyuta tərəfdarlarının iştirak etdiyi Konqres gözləməsi ilə ilk dəfə 80 min dolları ötüb.
Belə ki, bazar günü – noyabrın 10-da bitkoin 4,7 faiz bahalaşaraq 80 092 dollara yüksəlib. Gün ərzində bitkoinin bahalaşması davam edib və hazırda kriptovalyuta 80 800 dolları keçib.
Qeyd edək ki, təkcə bu gün bitkoin 6,2%, son 1 həftədə isə 19% bahalaşıb. Cəmi 5 gün əvvəl – noyabrın 5-də bitkoinin qiyməti 67,2 min dollar idi.
Bir ay əvvəl, oktyabrın 14-də isə bitklin 64 min dollara ticarət olunurdu. Son bir ildə bitkoin 2 dəfədən çox bahalaşıb – belə ki, ötən ilin noyabrında bitkoinin qiyməti 37 min dollar idi.
2023-cü ilin əvvəlində isə bitkoin ümumiyyətlə «yerlə sürünürdü» - 16,6 min dollar. Bahşa sözlə, cəmi 20 ay ərzində bitknin qiyməti 5 dəfə bahalaşıb.
Xatırladaq ki, prezident seçkisi kaampaniyası zamanı Tramp ABŞ-ı rəqəmsal aktivlər sənayesinin mərkəzinə yerləşdirməyi, o cümlədən strateji Bitcoin ehtiyatı yaratmaq və rəqəmsal aktivlərə müsbət baxan tənzimləyiciləri təyin etməyi vəd edib.
Amma bitkoinin qiymətindəki artımlar hələ davam edəcək.
Honq-Konqda fəaliyyət göstərən «Auros» firmasının idarəedici direktoru Le Şi, bitkoinin qiymətində yeni rekordların gözlənildiyini bildirib.
Bitcoin 2024-cü ildə ABŞ-ın özəl birja fondlarına güclü tələbat və FED-in faiz dərəcələrini azaltması sayəsində indiyədək təxminən 91 faiz qazanıb. ABŞ-da keçirilən səsvermədən sonra yeni rekordlar qıran ən böyük kriptovalyuta aktivində artım səhmlər və qızıl kimi investisiyalardan əldə edilən gəlirləri üstələyib.
Bloomberg-in tərtib etdiyi məlumatlara görə, BlackRock Inc-in 35 milyard dollarlıq iShares Bitcoin Trust tərəfindən dəstəklənən ETF-lər cümə axşamı günü demək olar ki, 1,4 milyard dollarlıq rekord gündəlik xalis daxilolma qeydə aldı. Bir gün əvvəl, iShares ETF-nin ticarət həcmi bütün zamanların ən yüksək səviyyəsinə yüksəldi. Bütün bunlar Trampın qələbəsinin kriptovalyutanı necə dəyişdirdiyinin əlamətləri kimi şərh edilir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.