Dünyanın kriptovalyuta bazarınında bir neçə həftə başlayan canlanma davam edir.
FED.az xəbər verir ki, ötən gün bitkoin 2021-ci ildən bəri rekord həddə bahalaşaraq 69 min dollara yaxınlaşmışdı.
Amma martın 5-dən başlayaraq bitkoinin qiyməti enməyə başlayıb.
Rekord hədd olan 68 870 dollar qiymətdən sonra bitkoin 5300 dollar ucuzlaşaraq 63 600 dollara enib. Bu - sutka ərzində 7,6% ucuzlaşma deməkdir.
Ümumilikdə isə bitkoin ilin əvvəlindən bəri 50%-dən çox və ya 21 min dollar ucazlaşıb – xatıroadaq ki, bitkoinin ilin sonundakı qiyməti 42 min dollar idi.
Bitkoinin ucuzlaşması digər kriptovalyutalara da təsirini göstərib. Nəticədə «Etherium» martın 5-də 3816 dollara yüksəldiyi halda, artıq bu gün 4% ucuzlaşaraq 3562 dollara enib.