Bitknin qiyməti növbəti rekord vurub.
FED.az xəbər verir ki, bu gün bitkoin ilk dəfə olaraq 37 min dolları ötüb.
Dünyanın əsas kriptovalyutasvı bir gün ərzində 3 min dollardan, son 3 gündə isə 8 min dollardan artıq bahalaşıb.
Son günlər bitkoinin qiyməti bir-birinin ardınca rekordlar qırırdı, ümumiyyətlə mart ayından bəri bitkoinin qiyməti 8 dəfəyə yaxın bahalaşıb.
Dünyadakı bütün kriptovalyuta ticarətinin 68%-i bitkoinin payına düşür. Ekspertlər bitkoinin 40-50 min dollar, həta 100 min dollara yüksələcəyi ehtimalınnı olduğunu da bildirirlər.
Bir neçə ay əvvəl fantastik səslənən bu proqnozlar hazırda olduqca real görünür.
«Tradable Patterns»ın sahibi olan Darren Chu bildirib ki, bitkoinin qiyməti 40-50 min dollara yüksələ bilər.
Hazırda bitkoinə təkcə fiziki şəxslər deyil – daha ciddi investorlar - sığorta şirkətləri və iri şirkətlər də pul yatırmağa başlayıb. Belə ki, «Ruffer Investment» və 169 illik tarixi olan «MassMutual» sığorta şirkəti son aylarda ard-arda 744 milyon dollar və 100 milyon dollar həcmində bitkoin alıblar.
Onnu sözlərinə görə, artıq 2021-ci ilin ikinci yarısında bitkoin 50 min dollara satıla bilər.