Amerikanın əmək bazarına dair fundamental göstəricilərin mənfi açıqlanmasından sonra dollar yenidən təzyiq altındadır. Bunun cari həftə də birjalarda aparıcı amil olacağı gözlənilir.
Beləliklə, avro 1.13, funt sterlinq 1.35$-ın üzərində qaldıqca, bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır. Qızıl və neft qiymətləri də dəstək görməkdədir.
Kriptovalyuta birjalarında isə Bitkoində müşahidə edilən ucuzlaşma 33 min dollara kimi davam edə bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.