Ənənəvi birjalarda Milad və Yeni il bayramları ərəfəsində ticarət azalsa da kriptovalyuta birjalarında bitkoin bahalaşmağa başlayıb və hazırda 50 min dolların üzərində ticarət edilən BTC/USD məzənnəsi 55 min dollara kimi də davam edə bilər.
Qeyd etmək lazımdır ki, son sessiyalarda EUR/USD 1.13, GBPUSD 1.34, qızılın bir unsiya qiyməti 1810 və bir barel Brent nefti 76$-ın üzərinə yüksəlib, dollar indeksi bir ayın minimumlarına yaxın dalğalanır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.