Bitkoinin məzənnəsi martın 16-dan bu yana ilk dəfə 60 000 dollarlıq həddi keçib.
FED.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 9:00-a olan vəziyyətə görə, ən böyük kriptovalyuta birjası “Binance”dakı hərrac zamanı bitkoin 1,2 faiz bahalaşaraq 59 580 ABŞ dollarından satılıb. Bundan əvvəl hərrac zamanı məzənnə bir ara 60,2 min dollara çatıb.
Həmçinin 20-dən çox birjanın göstəricilərini hesablayan “Coin MarketCap”portalının məlumatına əsasən, bitkoin son 24 saat 0,9 faiz bahalaşaraq 59 860 ABŞ dollarından satılıb.
Xatırladaq ki, bu il martın 13-də 61 844 dollarlıq tarixi maksimuma çatan bitkoin daha sonra 23 faizədək ucuzlaşaraq martın 25-də 50 427 dollara düşüb. (Report)