Oktyabrın 6-da bitkoinin qiyməti 1 saat ərzində təqribən 3,9 min dollar bahalaşaraq 54,8 min dollara çatıb.
FED.az xəbər verir ki, mayın 12-dən bəri ilk dəfə olaraq bu gün bitkoinni qiyməti 55,56 min dollara yüksəlib. Ümumiyyətlə, «CoinMarketCap»ın məlumatlarına görə, sutka ərzində bitkoinin qiyməti 9,24% yüksəlib.
Qeyd edək ki, 2021-ci ildə bitkoinin qiyməti həddən artıq dəyişkən olub. İlin əvvəlində 29 min dollarpa başlayan kriptovalyuta birinci rübün sonunda 59 min dollra yüksəlib. Apreldə isə rekord qiymət qeydə alınıb - 64,85 min dollar.
Sonradan qiymətlər sabitləşib, yalnız sentyabrın 24-də Çin Mərkəzi Bankının bitkoini qadağan edən qərarından sonra qiymət gün ərzində 3 min dollar azalıb.
Hazırda bitkoin 54,4 min dollara ticarət olunur.