Bitkoinin qiyməti 4,89 faiz artaraq 86,2 min dollar təşkil edib.
FED.az xəbər verir ki, bu barədə "Binance" ticarət platformasından məlumat verilib.
Məlumata əsasən, bununla da əvvəlki tarixi maksimum göstəricisi yenilənib.
Platformanın açıqladığı rəqəmlərə əsasən bitkoinin qiymətində həftəlik 25,47%, aylıq 37,46% artım qeydə alınıb.