Bitcoin (BTC) 99 588 dollarlıq səviyyəni qıraraq tarixi zirvəsini yenilədi. Bu hadisə, qlobal kriptovalyuta bazarlarında həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə mühüm dəyişikliklərə səbəb ola bilər. ASSIST Finance-ın analitiklərinin fikrincə, bu zirvə həm texniki göstəricilərin, həm də fundamental faktorların birlikdə təsir etdiyi bir mərhələdir.
Texniki Təhlil: Qrafiklər və Düzəlişlər
Bitkoinin qrafik göstəricilərində bir neçə mühüm mərhələ diqqət çəkir:
Fibonaççi Səviyyələri:
361.8 səviyyəsinin qırılması, Bitkoinin 94 000 dollara qədər yüksəlməsi ilə nəticələnib. Növbəti müqavimət isə 461.8 səviyyəsində, yəni 99 588 dollarlıq tarixi zirvədədir.
Dəstək və Müqavimət:
İlkin Alıyev qeyd edir ki, "94 000 dollarlıq səviyyə möhkəmlənməzsə, qiymət qısamüddətli düzəlişlərlə 47 000 dollara qədər geri çəkilə bilər." Lakin bu, uzunmüddətli perspektivdə artım trendini dəyişməyəcək.
RSI göstəricisi:
Hazırda 70%-dən yüksək olan RSI, bazarın qısamüddətli olaraq həddindən artıq alındığını göstərir. Bu, qısa fasilələr və düzəlişlər üçün siqnal ola bilər.
Fundamental Faktorlar: Bazarı Dəstəkləyən Amillər
Bitkoinin dəyərini artıran əsas fundamental faktorlar aşağıdakılardır:
1. ETF-lərin təsdiqi:
2024-cü ildə bir neçə Bitkoin ETF-nin təsdiqlənməsi rəqəmsal aktivlərə marağı artırıb. Bu, həm fərdi, həm də institusional investorların bazara daxil olmasını asanlaşdırır.
2. Məhdud Təklif:
Bitkoinin maksimum 21 milyon vahidlə məhdud olması uzunmüddətli qiymət artımını təmin edən əsas faktordur.
3. FED-in faiz siyasəti: ABŞ Federal Ehtiyat Sistemi faiz artırımlarını azaltmaqla inflyasiya təzyiqlərini sabitləşdirib. Bu, kriptovalyutalara olan marağı artıran əsas makroiqtisadi amillərdən biridir.
ASSIST Finance-ın analitik komandası vurğulayır ki, bu fundamental şərtlər Bitkoin üçün həm davamlı artım, həm də bazar iştirakçıları üçün yeni fürsətlər təqdim edir.
Altkoin Mövsümü: Potensial Vəziyyət
Hazırda Bitkoinin bazar dominantlığı 60% səviyyəsindədir. ASSIST Finance analitiki İlkin Alıyev bildirir ki, "Dominantlığın 58%-dən aşağı düşməsi ilə altkoin bazarının genişlənməsi və altkoinlərin daha yüksək artım mərhələsinə keçməsi gözlənilir."
Nəticə: Yeni Zirvələrə Hazırlıq
Bitcoin-in 99 588 dollarlıq səviyyəni aşması qlobal bazarda yeni dinamikanın əsasını qoyur. ASSIST Finance-ın analitiklərinə görə, bu vəziyyət bazar iştirakçıları üçün həm qısamüddətli risklər, həm də uzunmüddətli imkanlar yaradır. İnvestorlar bazarın dəyişən şərtlərinə uyğun strategiyalar hazırlamalı və uzunmüddətli perspektivdə Bitkoin və altkoinlərin təqdim etdiyi potensialı nəzərə almalıdır.
Bu mərhələ kriptovalyutalar üçün dönüş nöqtəsi olaraq qalmaqda davam edir.
Qeyd edək ki, sizdə ASSIST Finance vasitəsilə maliyyə bazarında öz yerinizi tuta bilər, yerli və xarici səhmlərə, istiqrazlara yatırım edə, həmçinin birja ticarəti ilə gəlirlərinizi yüksəldə bilərsiniz.