Dünyanın ən böyük kriptovalyutası olan Bitcoinin qiyməti hazırda 109 833 dollar səviyyəsindədir.
PAŞA Kapital və Sea Breeze arasında Strateji Tərəfdaşlığa dair Memorandum imzalanıb - FOTOLAR
FED.az xəbər verir ki, son 24 saatda qiymətdə 0,86% azalma müşahidə olunub. Həftəlik dəyişmə də mənfi istiqamətdədir və 1,2% ucuzlaşma qeydə alınıb. Bütün qısamüddətli faiz göstəricilərdə geriləmə baş versə də, illik artım 17,6% səviyyəsində qalır.
Bazar kapitallaşması 2,19 trilyon dollar olan Bitcoinin son sutkada ticarət həcmi 68,37 milyard dollar təşkil edib, yəni 68,37 milyard dollar dəyərində Bitcoin alqı-satqısı reallaşıb. Dövriyyədə 19,94 milyon BTC mövcuddur.
Analitiklər bildirirlər ki, qiymətdəki son enişlər daha çox qısamüddətli bazar korrektəsi ilə əlaqələndirilir. Uzunmüddətli perspektivdə isə Bitcoinin 110 000 dollar üzərində möhkəmlənməsi və ilin sonuna doğru yenidən yüksəliş dalğasının başlaya biləcəyi proqnozlaşdırılır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.




 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








