Avrozonada inflyasiya göstəricilərinin proqnozların altında açıqlanmasından sonra avro dollar qarşısında bir qədər zəifləyib. İstehlak Qiymətləri İndeksinin aylıq ifadədə 0.6% proqnozlaşdırıldığı halda, 0.5% səviyyəsində və illik ifadədə 5.3% proqnozlaşdırıldığı halda, 5.2% səviyyəsində açıqlanması regionda inflyasiya templərinin zəiflədiyini göstərir.
«İnvest-Az İnvestisiya Şirkəti»nin dövlət istiqrazları- 26 DƏFƏ ARTIB
ABŞ-da tikilən yeni evlərin sayında öncəki ay ilə müqayisədə azalma olsa da, tikinti üzrə verilən icazələrin sayında artım var. Belə ki, yeni tikilən evlərin sayı 11.3% azalaraq 1.447M səviyyəsindən 1.283M səviyyəsinə enib. Tikinti üzrə verilən icazələrin sayı isə 6.9% artaraq 1.443M səviyyəsindən 1.543 səviyyəsinə kimi artıb.
Kanadadan proqnozların üzərində açıqlanan inflyasiya göstəriciləri USDCAD valyuta cütlüyünün uzun müddət davam edən eniş trendini dayandıraraq 1.3395 səviyyəsindən 1.3458 səviyyəsinə kimi artmasına səbəb oldu.
FED-in faiz dərəcəsi ilə bağlı qərarı və monetar siyasət komitəsinin (FOMC) verəcəyi açıqlamalar bugün investorlar üçün baş tutacaq əsas hadisələrdir. Ekspertlər faiz dərəcəsinin 5.5% səviyyəsində qalacağını proqnoz etsələr də, Bakı vaxtı ilə saat 22:30 FED-in baş tutacaq mətbuat konfransında Cerom Pavelin çıxışı birjalarda dolların digər valyutalara qarşı olan təzyiqini artıra bilər.
Həmçinin Almaniyadan və Böyük Britaniyadan açıqlanacaq İstehlak və İstehsal Qiymətləri İndeksi bağlı göstəricilər, eləcə də neft ehtiyatları ilə bağlı məlumatlar investorların diqqət mərkəzində olacaqlar.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.