EUR
Ötən həftə Amerikada artımla dərc olunan inflyasiya göstəricilərindən sonra FED-in noyabr toplantısında uçot dərəcələrini növbəti dəfə 0.75% artıracağı ehtimallarının daha da qüvvətlənməsi fonunda dollar indeksi yenidən 113 bənd hədlərinə yüksəldi. Proqnozlara əsasən dollar indeksindəki yüksəliş davam edərsə, EURUSD məzənnəsi 0.95$-a kimi ucuzlaşa bilər.
GBP
Cari ticarət həftəsinin çərşənbə günü İngiltərədə açıqlanacaq inflyasiya göstəriciləri GBPUSD cütlüyündəki tendensiyanın gedişatında həlledici roll oynaya bilər. Cütlük üzərində təzyiqlər artmaqda davam edərsə, funt dollar qarşısında 1.08$-a kimi ucuzlaşa bilər.
TRY
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının cümə axşamı baş tutacaq toplantısında faiz dərəcələrinin 100 baza bəndi azaldacağı ehtimal olunur. Növbəti faiz endirimi reallaşarsa, USDTRY məzənnəsi 19.0000 hədlərinə kimi bahalaşa bilər.
GOLD
ABŞ-da artımla açıqlanan inflyasiya göstəricilərindən sonra kəskin ucuzlaşan qızıl hazırda 1643$-dan təklif olunur. 1638$-ın altına düşsə, qiymətli metalın bir unsiya üzrə dəyəri yenidən 1620$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.