EUR
Ötən həftənin cümə günü əmək bazarına dair statistik göstəricilərin artımla açıqlanması, eləcə də FED-in iqtisadiyytaın zəifləməsinə baxmayaraq, yüksək inflyasiyanın qarşısını almaq üçün sərt monetar siyasəti davam etdirməsi və cari həftənin cümə axşamı dərc olunacaq inflyasiya göstəricilərinin yüksək proqnozlaşdırılması fonunda dollar indeksi yenidən bahalaşır. İnflyasiya göstəriciləri proqnozlaşdırılan kimi yüksək açıqlanarsa, EUR/USD 0.96$-a kimi ucuzlaşa bilər.
GBP
Bu həftə İngiltərədə açıqlanacaq əmək bazarı və ÜDM göstəriciləri GBP/USD cütlüyündəki tendensiyanın gedişatında həlledici roll oynaya bilər. Göstəricilər zəif açıqlanar və dollar indeksindəki yüksəliş davam edərsə, funt dollar qarşısında 1.08$-a kimi ucuzlaşa bilər.
TRY
Ötən həftə 18.60 hədlərinə kimi yüksələn USDTRY məzənnəsi tarixi maksimumlarını yenilədi. Türkiyə iqtisadiyyatı üzərində artan təzyiqlər fonunda USD/TRY cütlüyü 19.0000 hədlərinə kimi bahalaşa bilər.
OİL
“OPEC+”-un ABŞ-ın qlobal neft qiymətlərini aşağı saxlamaq cəhdlərinə cavab olaraq, neft hasilatını azaltmaq qərarından sonra, dolların möhkəmlənməsinə baxmayaraq, cümə günü 5 həftənin ən yüksək səviyyəsinə yüksələn neft qiymətləri gündəmdə qalmaqda davam edir. 100$-lıq psixoloji hədd yuxarıya doğru qırılarsa, artım tendensiyası daha kəskin xarakter ala bilər.
GOLD
Ötən həftə 1730$-a kimi bahalaşan qızıl burada müqavimətlə qarşılaşaraq yenidən 1695$-a kimi ucuzlaşdı. Dollar indeksindəki yüksəliş davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri yenidən 1620$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.