EUR
Milad və Yeni il bayramları ərəfəsində EURUSD məzənnəsində ticarət aktivliyi azalıb. Təhlillərə əsasən isə 1.13$ ətrafında dalğalan avro gələn il üzrə iqtisadi proqnozların yaxşılaşması ilə 1.14$-ın üzərinə çıxa bilər.
GBP
GBPUSD məzənnəsi də 1.34$ ətrafında korreksiya etməklə yanaşı, 1.36$-a yüksələcəyi proqnozları üstünlük təşkil edir. Bunun üçün gələn həftə dərc ediləcək önəmli fundamental göstəricilər vacib rol oynayacaqdır.
TRY
Müşahidə edilən son güclü eniş dalğası fonunda USDTRY məzənnəsi hazırda 11TL-də ticarət edilir. Sonuncu dəfə 10TL-də dəstək görən məzənnənin yeni ilə keçid dövrünü 12TL ilə aralıqda keçirəcəyi ehtimal edilir.
OIL
Enerji birjalarında neftə olan tələbin yenidən artdığı müşahidə edilir. Bu, Brentin bir barelinin 80$-ın üzərinə kimi dəyər qazanacağını proqnozlaşdırmağa əsas verir.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Qlobal bazarlarda dekabrda qızıla olan tələbin artdığı müşahidə edilir. Beləliklə, son yüksəliş dalğası 1830$-a (58.8$/qram) kimi də davam edə bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.