Azərbaycanın aparıcı investisiya şirkəti olan «İnvestAz» dünya birjalarındakı vəziyyəti təqdim edir:
EUR.
Ötən həftə Amerika Federal Ehtiyyatlar sisteminin faiz artımı EURUSD məzənnəsinin kəskin ucuzlaşmasına səbəb olsa da məzənnə 1.04 hədlərindən dəstək görərək yenidən bir qədər bahalaşmışdır.
GBP.
GBPUSD məzənnəsində də 1.2180 hədlərindən dəstək görərək bahalaşdığı müşahidə olunur. Əgər 1.2280-nin üzərinə yüksələ bilsə, funt sterlinqin dollar qarşısında 1.2450 hədlərinə qədər bahalaşa biləcəyi proqnozlaşdırılır
Bu həftə ərzində İngiltərədə açıqlanacaq inflyasiya göstəriciləri eləcə də, Avrozonada, Almaniyada və İngiltərədə açıqlanacaq biznes aktivliyi göstəriciləri investorların diqqət mərkəzində olacaqdır. Həmçinin cümə axşamı Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı da maraqla gözlənilir.
TRY.
TCMB proqnozlaşdırılan kimi faiz dərəcələrini azladarsa, USDTRY məzənnəsində qiymətin 18TL hədlərinə qədər yüksələcəyi proqnozlaşdırılır.
OIL.
Ötən həftənin son ticarət günündə 113$-a kimi ucuzlaşsa da, neftdə artım trendinin qorunduğu ehtimal olunur. Brent markalı neftin bir barel üzrə qiyməti 115$-ın üzərinə yüksələrsə, yenidən 121$-a kimi bahalaşa bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Əlvan metallar bazarlarında 1855$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyərinin 1850$-ın üzərində möhkəmlənə bilsə, 1878$-a (60.38$/qram) kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.