EUR
Avrozonada əmək bazarında müsbət göstəricilər avroya dəstək olsa da inkişafa dair nikbinlik fonunda proqnozların düşdüyü müşahidə edilir. Bu, EUR/USD məzənnəsinin 1.14$ müqavimətini qırmasının qarşısını alır.
GBP
GBP/USD məzənnəsi də 1.33$ müqavimətin altında ticarət edilir. Təhlillərə əsasən, neft qiymətlərində bahalaşma sürətlənərsə və cümə günü saat 11:00-da istehsala dair göstəricilər müsbət açıqlanarsa, funt sterlinq də bahalaşa bilər.
TRY
Türkiyədə inflyasiyanın artmaqda davam etməsi, lirənin də ucuzlaşmasına səbəb olur. Beləliklə, hökümətin iqtisadi islahatların nəticələri özünü inflyasiyada da müsbət göstərərsə, lirədə sabitləşmə müşahidə edilə bilər. Buna kimi USDTRY məzənnəsinin 16TL-yə kimi yüksəlməsi proqnozlaşdırılır.
OIL
Enerji birjalarında Brent neftinin bir barel qiyməti növbəti dəfə 69$-da dəstək görərək dəyər qazanmağa başlayıb. Trend 74 və 79$-a kimi davam edə bilər.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Foreks bazarlarında dolların ucuzlaşması ilə əlvan metallar bazarlarında qızıl qiymətləri də dəstək görüb. Bir unsiya üzrə qiymət isə növbəti dəstəyini 1766$-da (56.8$/qram) görüb və 1845$-a (59.3$/qram) kimi dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.