Artan yoluxma hallarının yenidən qapanmalara və bunun da iqtisadiyyatın zəifləməsinə səbəb ola biləcəyi ehtimalları və davam edən təchizat probleminin artacağı fonunda birjalarda qeyri-müəyyənliklər artmaqda davam edir. Bunun nəticəsi kimi valyuta birjalarında durğunluq hökm sürür.
ABŞ-ın dövlət istiqrazlarının gəlirlilik faizlərinin yüksəlməsi ilə kəskin ucuzlaşan qızıl 1800$ hədlərindən dəstək görərək yenidən 1815$-a kimi bahalaşıb. Beləliklə, 1800$-lıq dəstək həddi üzərində qaldığı müddətcə, qızılda artım tendensiyası davam edə bilər.
Bununla yanaşı, kriptovalyuta birjalarında da bitkoinin qiyməti təzyiq altındadır. Təhlillərə əsasən, 44 min dolların qırılması ilə ucuzlaşma 33 min dollara kimi dərinləşə bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.