Bir neçə həftəlik artımdan sonra, birjalarda gümüşün qiyməti təxminən 7% ucuzlaşıb.
FED.az xəbər verir ki, "Comex" birjasında 2025-ci ilin dekabr ayı üçün gümüş fyuçerslərinin qiyməti dəyərinin 4%-dən çoxunu itirərək azalmağa davam edib. Son məlumatlara görə, qiymətli metalın qiyməti Bakı vaxtı ilə saat 20.30-da 3,56 dollar və ya 6,82% ucuzlaşaraq 1 unsiya üçün 48,73 dollar təşkil edib.
Xatırladaq ki, 1 gün əvvəl gümüşün unsiyası 52,28 dollar və ya qramı 1,686 dollar idi, indi isıə qiymət 1 qram üçün 1,572 dollara enib.