FED-in bugün açıqlayacağı pul-kredit siyasəti qərarları öncəsi bölgə banklarının səhmlərinin kəskin enişi ilə birjalarda dollar indeksinin zəiflədiyi müşahidə olunur.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
ABŞ-da 3-cü bankın 2 ay ərzində müflis olması bank sektoru ilə bağlı narahatlıqların yenidən artmasına səbəb olarkən, regional bank olan “PacWest”-in səhmləri 30%-ə yaxın, “Western Alliance”-ın səhmləri 15%, “Metropolitan Bank”-ın 20%-dən çox dəyər itirib.
FED-in iki günlük Federal Açıq Bazar Komitəsinin (FOMC) iclası fonunda valyutal birjalarındakı qiymətlərə görə bankın bugün 85% ehtimalı ilə faiz dərəcələrini 25 baza bəndi artıracağı proqnozlaşdırılır.
Analitiklər, FED-in faiz qərarının və FED sədri Jerom Pavelin açıqlamalarından gələn siqnalların birjalarda ciddi qiymət dəyişikliklərinə səbəb ola biləcəyini proqnozlaşdırırlar.
ABŞ-da borc limiti ilə bağlı artan narahatlıqlar bazarlara mənfi təsir göstərməklə yanaşı, ABŞ Maliyyə Naziri Janet Yellen borc limiti ilə bağlı görülən tədbirlərin iyunun 1-ə qədər tükənəcəyi və ölkəni bu tarixdən sonra nağd pul çatışmazlığı ilə üzləşə biləcəyinə dair xəbərdarlıq edib.
Makroiqtisadi məlumatlar tərəfində ABŞ-da “JOLTS” Boş işyerlərnin sayı mart ayında bir əvvəlki aya görə 384 min yer azalaraq 9 milyon 590 minə düşüb. Qeyd edək ki, proqnozların altında qalan vakansiyaların sayı 2021-ci ilin aprelindən bəri ən aşağı səviyyəya düşüb.
Mart ayında Amerikada fabrik sifarişləri də bazar gözləntilərinin altında 0.9% artıb.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.