Birjalarda bütün diqqətlər sabah start götürəcək “Jackson Hole” Simpoziumuna köklənib.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
Simpozium öncəsi dollar hələ də güclü qalmağa davam edir. Bugün isə Amerika, Avrozona, Almaniya və İngiltərədə açıqlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri də investorlar tətərəfindən yaxından izləniləcək.
FED rəsmilərinin açıqlamalarını izləyərkən, Riçmond FED sədri Tomas Barkin, istiqraz faizlərindəki son hərəkətlərin yersiz bazar sərtləşməsinə işarə etmədiyini, əksinə, yəqin ki, güclü iqtisadi göstəricilərə cavab olduğunu vurğulayıb.
FED-in sentyabrdakı toplantısının nəticəsi barədə danışmayacağını bildirən Barkin, inflyasiyanın yüksək olaraq qalması və tələbin azalma əlamətləri göstərməməsi halında daha sərt pul-kredit siyasətinin gərəkli olduğunu düçündüyünü bildirib.
Məhz investorların FED-in sərt monetar siyasəti tezliklə sonlandırmayacağı düşüncələri fonunda dollara tələb yüksək olaraq qalır. Nəticədə, EUR/USD, GBP/USD cütlüklərində eniş tendensiyası ardıcıl 6-cı həftədir ki, davam edir.
Dollara tələbin artması iyulun ortalarından etibarən qızılın ucuzlaşmasına da təsir göstərir. Qiymətli metallar bazarında hazırkı görünüşündə hələ də “güvənli liman” missiyasını üzərinə götürməyən, XAU/USD 5-ci həftəyə daşıdığı eniş trendində 1885$-a kimi ucuzlaşsa da, “ayılar” hələ də bu dəstək həddini qırmağa müəssər ola bilmirlər. Lakin qızılnın bir unsiya üzrə qiyməti 1905$ həddinin altında qaldığı müddətcə eniş tendensiyası davam edə bilər.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.