Dollar indeksinin son 2 ilin maksimumlarına yüksəlməsi fonunda EUR/USD 1.13, GBP/USD cütlüyü isə 1.34 hədlərinə qədər ucuzlaşıb. Bu gün İngiltərədən və Avropadan açıqlanacaq inflyasiya göstəriciləri dünya birjalarında ciddi qiymət dəyişikliklərinə səbəb ola bilər.
Dünya bazarlarında risk iştahının artması, qızılda artım tendensiyasının da səngiməsinə səbəb olub. Bu gün İngiltərə və Avropada dərc olunacaq inflyasiya göstəriciləri qızılın qiymətlərinə də ciddi təsir edə bilər. Beləliklə, bir unsiya üzrə qiymət 1866$-ın üzərinə yüksələ bilsə, 1899$-a kimi dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.