«Wall Street» oktyabrın 5-ni «yaşıl» rənglə başa vurub. Buna iki amil səbəb olub.
Yapon yenindən qazanc imkanı - 11 ayda ilk dəfə 1 dollar 150 yendən bahadır
Birincisi kəskin ucuzlaşan neftdir, analitiklərin fikrincə, indiki yüksək faiz dərəcələrini, güclü dolları və Çin iqtisadiyyatındakı çətinlikləri nəzərə alanda əslində neft çoxdan ucuzlaşmalıydı.
Nəticədə «Brent» nefti sentyabrın 28-də vurduğu rekorddan 10dollar geriləyərək 85,72 dollara enib. Bunun 5 dollarlıq enişi təkcə dünən baş verib.
Neft qiymətlərini çökdürək qığılcım ABŞ-da son 25 ildə benzinə olan ən aşağı mövsümi tələbdən alışıb.
Buna cavab olaraq, OPEC+ təşkilatı elan edib ki, Səudiyyə Ərəbistanı və Rusiya hasilatı azaltmaq barədə qərarını azı ilin sonuna qədər qüvvədə saxlayacaq.
Bəs ucuz neftin Uoll Stritlə nə əlaqəsi var?
Məsələ bundadır ki, daha ucuz neft inflyasiya təzyiqini azaldır ki, bu da məhdudlaşdırıcı pul siyasətinə, yəni yüksək faiz dərəcələrinə nifrət edən investorları rahatlaşdırır. Neft ucuz olanda qiymət artımı riski azalır, FED isə bunu nəzərə alıb faiz dərəcələrini artırmaqdan vaz keçir – sadə izah budur.
Bazara kömək edən digər amil ABŞ-da özəl sektor məşğulluğunun iş yerlərində kəskin azalma, eləcə də son 12 ayda əmək haqqının davamlı olaraq azaldığını göstərən ADP məşğulluq hesabatının nəşri oldu.
Əslində normal vaxtlarda güclü iş bazarı daha yaxşı səslənir. Amma indi yox, çünki iş bazarının güclü olması, inflyasiyanın artmasının qarşısını almaq üçün əsas faiz dərəcələrinin yüksək səviyyədə saxlanması deməkdir.
ADP-in açıqladığı hesabatda isə görünür ki, yeni iş yerlərinin yaradılmasında kəskin yavaşlama, ABŞ əmək bazarının soyuması baş verir. Bu, FED-in daha faizləri artırmayacağına işarə olacaq.
Beləliklə, dünən səhmlərin yüksəlişi və onların artımından sonra istiqraz gəlirlərinin azalması.
Dünən ABŞ bazarları canlansa da, Avropa geriləyib. Frankfurt birjasından başqa hər yerdə geriləmə qeydə alınıb.
Bugünkü iqtisadi məqamlar:
Dollar 0,9509 Avro və 0,8243 GBP dəyərindədir.
Qızılın unsiyası 1815 ABŞ dollarına düşüb.
Neft də ucuzlaşıb, Brent Şimal Dənizi neftinin barreli 85,23 ABŞ dolları, WTI yüngül nefti isə 83,59 dollar olub.
ABŞ-ın 10 illik borc kağızlarının – 10 illik istiqrazların gəlirliliyi 4,71%-ə qədər azalıb.
Bitcoin isə 27,728 ABŞ dollarına ticarət edilir.
Korporativ xəbərlərdə:
«Amazon» cümə axşamı elan edibkit, Böyük Britaniyanın tənzimləyicisi «Ofcom»ın İngiltərədəki bulud xidmətlərində saxlanılar hesablarla bağlı araşdırmasına etiraz edir. Bununla yanaşı, bu bazarda dominant mövqedə olan – və onun da haqqında araşdırma gedən «Microsoft» elan edibki, Böyük Britaniyanın rəqabət tənzimləyicisi ilə "konstruktiv" işləyir – sadə dilə çevirəndə bu «biz problem istəmirik» deməkdir.
«Apple» şirkəti «Google»un altına yeni bomba qoymaq fikrindədir. Çərşənbə günü Bloomberg danışıqlara yaxın mənbələrə istinadən xəbər verir ki, «Apple» şirkəti «Safari» veb brauzerində şəxsi axtarış zamanı avtomatik çıxan axtarış sistemi yerində «Google»u başqa sistemlə əvəz etmək üçün «DuckDuckGo» şirkəti ilə danışıqlara başlayıb.
Almaniyada isə «Google» güxəştə gedib – şirkət onun haqqında aparılan araşdırmanı bitirmək üçün istifadəçi məlumatları ilə bağlı praktikasını və qaydalarını dəyişməyə razılaşıb, bu barədə Almaniyanın antiinhisar ofisi bildirib.
Neftin qiymətləri düşsə də, ondan qazanılan pullar qalır - «Exxon Mobil» dünən elan etdi ki, neft, qaz və yanacaq qiymətlərindəki güclü artımlar sayəsində üçüncü rübdə əməliyyat gəlirinin 8,3-11,4 milyard dollar arasında olacağını gözləyir. Bununla belə, proqnozlaşdırılan mənfəət ötən ilin analoji dövrünün göstəricisindən aşağıdır.
«Rivian Automotive» - Elektrikli avtomobil istehsalçısı 1,5 milyard dollar dəyərində «yaşıl» istiqrazlar buraxmaq niyyətində olduğunu açıqladı, investorlar bu addımdan bir qədər narahat olubğlar, nəticə – səhmlər 8,5% dəyərdən düşüb.
«Clorox»un səhmləri 4,6% ucuzlaşıb, çünki ev üçün məişət məhsulları istehsalçısı elan etdi ki, son kiberhücum səbəbiylə cari rübdə satışlar əvvəlki ilə müqayisədə 23%-28% azalacaq.
Analitiklərin səhm tövsiyələri:
• «Advanced micro device»: Baird öz üstün performans reytinqini saxlayır və hədəf qiyməti 170 ABŞ dollarından 125 ABŞ dollarına endirir.
• «Amphenol»: «BNP Paribas Exane» bu şirkətin səhmi üzrə 93 ABŞ dolları hədəf qiyməti ilə üstün tövsiyəsini saxlayır.
• Ən yaxşı alış: «Truist Securities» 80 ABŞ dollarından 74 ABŞ dollarına endirilmiş qiymət hədəfi ilə saxlama tövsiyəsini saxlayır.
• «Britvic plc»: «Kepler Cheuvreux»in səhminin reytinqi «almaq»dan «saxlamaq» həddinə endirilib. Səhmin hədəf qiyməti isə 1020 funtdan 930-a aşağı salınığb.
• «Cms energy corp»: «KeyBanc Capital Markets» şirkəti bu şirkətin səhminin qiyməti üzrə hədəfi 57 dollar görər, reytinqini isə «ən yaxşı»dan «bazar» səviyyəsinə endirib.
• «Dollar general c»: «Truist Securities» şirkəti bu şirkətin səhmləri üçün hədəf qiyməti 142 dollaran 117 dollara endirsə də «əldə saxlamaq (yəni satmasanız yaxşı olar)» tövsiyyəsini saxlayıb.
• Dollar tree: «Truist Securities» bu şirkətin səhmləri üçün alış tövsiyəsini saxlayır amma hədəf qiyməti 160 dollardan 128 dollara endirir.
• «Genuine parts co»: «Truist Securities» şirkəti bu şirkətin səhmləri üçün «alış» tövsiyəsi verir, amma hədəf qiyməti 191 ABŞ dollarından 172 ABŞ dollarına endirib.
• «Home depot»: «Truist Securities» bu şirkətin səhmləri üçün də «alış» tövsiyəsini qüvvədə saxlayır, amma hədəf qiymət kimi 372 dollar deyil, 341 dollar görür.
• «Idexx»: «Piper Sandler & Co» elan edib ki, bu şirkətin səhmlərinin qiyməti bir qədər şişirdilib vaə hədəf qiyməti 600 dollardan 520 dollara endirib.
• «Lowe's»: «Truist Securities» şirkəti bu şirkətin səhmləri ilə bağlı «alış» tövsiyəsini qüvvədə saxlayır, baxmayaraq ki, hədəf qiymət 256 dollardan 235 dollara endirilib.
• «O'reilly automot»: «Citi» elan edib ki, bu şirkətin səhmi ilə bağlı hədəf qiymətini 983 dollardan 1040 dollara qaldırır, almaq tövsiyyəsi də öz yerində.
• «Tesco plc»: «AlphaValue/Baader Europe» bu şirkətlə bağlı «almaq» tövsiyəsini saxlayır, hədəf qiymət isə 310 funtdan 306 funta endirilib.
• «Tractor supply»: «Citi» şirkəti bu şirkətin səhmləri ilə bağlı tövsiyəsini dəyişib – əvvəl bu «almaq» idi, indi «saxlamaq». Səhm üzrə hədəf qiymət də aşağı salınıb - 250 dollardan, 207 dollara.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.