Bu ilin yanvar-may ayları üzrə Azərbaycanda fəaliyyət göstərən invesitisiya şirkətlərinin əməliyyatlarının cəmi dövriyyələrinin diamikası açıqlanıb.
FED.az şirkətlərin birja dövriyyələri əsasında açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, birja dövriyyəsində ən kəskin artım olan şirkət "Troni İnvestisiya Şirkəti" olub. İnvestisiya şirkətinin birja dövriyyəsi illik müqayisə ilə 119,4 dəfə və ya 235,7 milyon manat artıb.
Bu dövrdə "Xalq Kapital İnvestisiya Şirkəti"-nin dövriyyəsində 5,2 dəfə, başqa sözlə 1 milyard 135 milyon manat artım qeydə alınıb.
ABB İnvest İnvestisiya Şirkəti"-nin birja dövriyyəsi 2,7 dəfə və ya 10,5 milyard manat yüksəlib.
"İnvest.Az İnvestisiya Şirkəti"ndə artım isə 2,3 dəfə, başqa sözlə 535,4 milyon manat olub.
“Paşa Kapital İnvestisiya Şirkəti" ASC investisiya şirkətində 2,0 dəfə və ya 11,5 milyard manat artım baş verib.
Birja dövriyyəsi ən kəskin azalan şirkət isə 5,1 dəfə və ya 746,1 milyon manat olmaqla "CFI Financial İnvestisiya Şirkəti" olub.