Qızılın qiyməti bazarda yenidən artım nümayiş etdirib.
Bitcoin 114 min dolları keçdi - SON QİYMƏT
FED.az xəbər verir ki, hazırda bir unsiya (31,1 qram) qızılın qiyməti 4 072,45 dollar təşkil edir. Bu, gündəlik 1,38%-lik artım deməkdir. Cəmi bir gün ərzində qızılın dəyəri 55,27 dollar yüksəlib. Hazırkı qiymətə əsasən, bir qram qızılın dəyəri təxminən 131 dollar, yəni təxminən 222 manat civarındadır.
Son 30 gün ərzində qiymət 9,16%, 6 ayda isə 25,17% artıb. Daha geniş dövrdə baxdıqda isə 1 ildə qızılın qiyməti 51,63%, 5 ildə 111,32%, 20 ildə isə 757,23% bahalaşıb.
Mütəxəssislər bildirirlər ki, bu artım mərkəzi bankların faiz endirimi gözləntiləri və geosiyasi risklərin yüksəlməsi ilə bağlıdır. Analitiklər yaxın dövrdə qızılın 4 100–4 150 dollar aralığında sabitləşəcəyini proqnozlaşdırırlar.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.