2020-ci ilin yanvar ayı ərzində Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 667 milyon 283 min manat olub.
Eləcə də bax: Bakı Fond Birjası - "ŞOKOLAD TOWER"Ə KÖÇÜR
FED.az xəbər verir ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə azdır.
BFB-nin dövriyyəsinin 32,5% və ya 217,2 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 84,7% azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 7,9 dəfə artaraq 396,906 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 42,5% artaraq 53,177 milyon manat təşkil edib.