"Bakı Fond Birjası" QSC (BFB) 1 fevral 2020-ci il tarixindən etibarən fəaliyyətinə yeni ünvanda – AZ1141, Bakı şəhəri, Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsi 2A (Şokolad Tower) davam edəcək.
FED.az bu barədə BFB-yə istinadən xəbər verir.
Qeyd edək ki, BFB QSC formasında yaradılmış kommersiya təşkilatıdır. Birja 2000-ci ildə təsis edilib və yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşdırılması olub.