Cümə axşamı günü beynəlxalq birjalarda dollar major valyutalar qarşısında ucuzlaşıb. Hal-hazırda EUR/USD, GBP/USD və USD/JPY valyuta cütlükləri müvafiq olaraq 1.1112, 1.2808 və 141.24 hədd səviyyələrində ticarət olunurlar. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.1% enib və 100.83 səviyyəsində qərarlaşıb.
ABŞ Federal Ehtiyatlar Sisteminin gələn il faiz dərəcələrini azaldacağı ilə bağlı planları fonunda dolların iki illik güclü artımdan sonra cari ili mənfi tendensiyada başa vuracağı proqnozları aktuallığını qoruyur.
Həmçinin ekspertlər dekabrın 23-də başa çatan həftə ərzində ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayının öncəki həftə ilə müqayisədə 5 min artaraq 210 minə çatdığını proqnoz edirlər.
Eləcə də, bugün Bakı vaxtı ilə saat 17:30 və 20:00-da ABŞ-da dərc olunacaq Ticarət Saldosu və Həftəlik Neft Ehtiyyatları göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas hadisələrdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.