Məşhur investor Uorren Baffetin rəhbərlik etdiyi Berkshire Hathaway ikinci rübdə Kraft Heinz şirkətindəki payına görə 3,76 milyard dollarlıq (vergidən əvvəl 5 milyard dollar) zərər qeydə alıb.
Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb
FED.az xəbər verir ki, şirkət bildirir ki, bu, 10 il əvvəlki investisiyanın uğurlu olmadığını göstərir. Sığorta sahəsində gəlirlərin azalması səbəbindən əməliyyat mənfəəti 4% aşağı düşüb, ümumi xalis mənfəət isə 59% azalaraq 12,37 milyard dollara enib. Gəlirlər 1% azalaraq 92,52 milyard dollar olub.
Bu, Berkshirein Kraft Heinz üzrə ikinci böyük zərəri olub, 2019-cu ildə də 3 milyard dollarlıq itki qeydə alınmışdı. Kraft Heinzin təxminən 200 brendi var, amma insanlar daha sağlam məhsullara üstünlük verdiyi üçün satışları zəifləyib.
Gələcəkdə Berkshire daha bir zərərlə qarşılaşa bilər. “CFRA Research” analitiki Keti Seyfertin sözlərinə görə, şirkətin Occidental Petroleum-dakı 28%-lik payı hazırda Baffetin ödədiyi 16,5 milyard dollardan təxminən 5,3 milyard dollar az dəyərə malikdir.
Hazırda Berkshirein 344,1 milyard dollar nağd pulu var, amma bu, ilin birinci rübündəki 347,7 milyard dollardan bir az azdır.
Qeyd edək ki, 94 yaşlı Uorren Baffet bu ilin sonunda vəzifəsini tərk edəcək, onu vitse-prezident Qreq Eybəl əvəz edəcək, amma Baffet sədr olaraq qalacaq. Baffetin istefa planı açıqlanandan bəri Berkshirein səhmləri 12%-dən çox ucuzlaşıb və S&P 500 indeksindən 22 bənd geri qalıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.