Artan resessiya təhlükəsinə baxmayaraq, mərkəzi bankların aqressiv faiz artımlarını davam etdirəcəyi gözləntiləri fonunda bazarlarda durğunluq müşahidə olunur.
İnvestorlar cümə axşamı ABŞ-da açıqlanacaq inflyasiya göstəriciləri öncəsi Federal Ehtiyatlar Sisteminin bu gün dərc olunacaq son iclasının protokolları və ABŞ-ın sentyabr ayı üçün İstehsal Qiymətləri İndeksi məlumatlarına köklənib. Əgər dollar indeksindəki yüksəliş davam edərsə, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 0.95$ və 1.06$-a kimi ucuzlaşa bilər.
Bu gün, həmçinin, Bakı vaxtı ilə saat 10:00-da İngiltərədə açıqlanacaq ÜDM-in həcminə dair rəqəmlər də investorların diqqət mərkəzində olacaq.
Yüksələn dollar indeksi fonunda ucuzlaşan qızıl 1663$-ın altına düşsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1634$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.