ABŞ iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənliklər davam edərkən, bazarlarda diqqətlər ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu həftə açıqlanacaq pul siyasəti qərarlarına və FED sədri Jerome Pavellin açıqlamalarına yönəlib.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
Bankın pul-kredit siyasəti ilə bağlı addımları ilə yanaşı FED sədri Pavellin açıqlamalarının da çox əhəmiyyətli olduğunu bildirən analitiklər, gələcək dövrdə monetar siyasətlə bağlı ipuclarının bazarların istiqamətinə təsir edəcəyini bildiriblər.
Pul bazarlarında qiymətləndirmədə, FED-in bu həftə faiz dərəcələrini 92% ehtimalla 0,25 bənd artıracağı proqnozlaşdırılır.
Makroiqtisadi məlumatlar tərəfində, Təchizat İdarəetmə İnstitutu (ISM) istehsal indeksi aprel ayında bazar gözləntilərinin üzərində 47.1 səviyyəsinə çatsa da, istehsal sənayesindəki daralmanın davam etdiyini göstərdi.
Bu gün isə Avrozonada dərc olunacaq inflyasiya səviyyəsi, Amerikada açıqlanacaq Boş iş yerləri hesabatı (JOLTS) investorların diqqət mərkəzində olacaq.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.