«Morgan Creek Capital» şirkətinin rəhbəri investorları «Amazon» və «Google» kimi şirkətlərin səhmlərinə pul yatırmaqdansa, pullarını bitkoinə yatırmağa çağırıb.
FED.az xəbər verir ki, «Digital Asset Summit»də çıxış edən şirkət rəhbəri Mark Yusko bildirib ki, qazanc üçün blokçeyn səhmlərdən daha yaxşı imkandır: «Cin (yəni blokçeyn və onun yaratdığı imkanlar) bir də şüşəyə qayıtmayacaq. O irəliləyər, və insanlıq tarixində ən böyük sərvət yaratmaq imkanına malikdir».
Eləcə də bax: Bitkoinin qiyməti maydakı minimumu - 40% ÜSTƏLƏYİB
Yusko blokçeynin inkişafını internetin yaranması ilə müqayisə edib. Amma onun fikrincə, indi vəziyyət fərqlidir: «Amazon»un səhmlərindən yaxa qurtarın, bu on illiklərlə itirilən ölü pullardır, «Google» və «Amazon» kimi şirkətləri yeni texnoloji evolyusiya tutacaq».
Şirkət rəhbərinin fikrincə, bitkoin Amazon-dan daha sərfəli investisiya variantıdır. «Morgan Creek Capital»ın rəhbəri bildirib ki, öz müştərilərini öz aktivlərinin 1%-ni bitkoinə yatırmağı məsləhət görür. Bu şirkət bu yatırıma ənənəvi maliyyə sisteminin risklərindən qorunmaq üçün «rəqəmsal qızıl» kimi baxır.