5 iyun 2020-ci il saat 16.00-da “Bakıtikişsənaye” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: “Salyan-Avtovağzal”ın idarə heyətinə - YENİ SƏDR SEÇİLƏCƏK - İCLAS
FED.az xəbər verir ki, gündəlikdəki məsələlərə aşağıdakılar daxildir.
1. Cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi).
2. 2019-cu ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı.
3. Cəmiyyətin gələcək fəaliyyətinin müzakirəsi və bu barədə qərar qəbul edilməsi.
4. Təşkilati məsələlər (idarə heyəti, müşahidə şurası və təftiş komissiyasının tərkibinə baxılması).
5. Sair məsələlər.
Yığıncaq cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Həsən Əliyev küçəsi 1008-ci məhəllədə keçiriləcəkdir. Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla ümumi yığıncağın keçirilməsinə 2 saat qalmış cəmiyyətin yerləşdiyi hüquqi ünvanda tanış ola bilərlər.
Əlaqə telefonları- (012) 440-86-25, (012) 440-09-19.