Bakı Fond Birjasında 2021-ci ilin 8 ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 10 milyard 690 milyon 684 min 135 manat təşkil edib.
Eləcə də bax: Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı - SİYAHI
FED.az xəbər verir ki, birjadan daxil olmuş məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 49%, ilkin bazar üzrə ticarət həcmində 22%, dövlət qiymətli kağızlar bazarı üzrə ticarət həcmində 26%, repo əməliyyatları üzrə isə 324% böyümə qeydə alınıb.
Artımlar əsasən dövlət qiymətli kağızlar bazarı - Mərkəzki Bankın və Maliyyə Nazirliyinin qiymətli kağızlar yerləşdirmələri ilə bağlıdır.
2021-ci ilin avqust ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 11% artaraq 4 milyard 313 milyon 56 min 272 manat təşkil edib. (Marja)