Cari ilin ilk 4 ayında Bakı Fond Birjasının korporativ istiqraz bazarında bağlanan əqdlərin 81%-i “PSG Kapital İŞ” QSC-nin payına düşür. FED.az xəbər verir ki, cari il mayın 1-nə olan göstəricilərə əsasən şirkət korporativ istiqraz bazarında 559 ədəd əqdin bağlanmasına vasitəçilik edib.
Qeyd edək ki, ümumilikdə borc alətləri bazarında 691 əqd bağlanıb. Əqdlərin həcmi isə 354 milyon 222 min 43 AZN təşkil edib. Həcminə görə 112 milyon 251 min 960 manatlıq əqdlər “PSG Kapital İŞ” tərəfindən reallaşdırılıb. Təbii ki, bu göstəricidə SOCAR istiqrazları üzrə əməliyyatların böyük rolu var.
Həmçinin hazırda İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının anderrayteri də “PSG Kapital İŞ” şirkətidir.
Bağlanmış əqdlərin 81%-i “PSG Kapital İŞ”in payına düşüb
17:38
15 May 2018