«AzFinance İnvestisiya Şirkəti»nin dövriyyəsi artıb.
FED.az xəbər verir ki, 2023-ci ilin yanvar-noyabr aylarında şirkətin birja dövriyyəsi 2 milyard 150,2 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 79,8% artıb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi 507,1 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 227,3 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 163,8 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 1 milyard 242,6 milyon manat, səhmləri 9,4 milyon manat olub.
Cari ildə « AzFinance İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 4,8%, dövlət istiqrazları üzrə əməliyyatları 37,3%, korporativ istiqrazlar üzrə əməliyyatlar 9,2%, səhm əməliyyatları 13,5 dəfə, repo əməliyyatları 3,1 dəfə artıb.
Bu il «AzFinance Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 31,3% artaraq 1 851-dən 2 430-a yüksəlib.