"Azeri Light"ın qiyməti 70 dollara yaxınlaşıb 10:00 6 Aprel 2018 Dünya bazarlarında "Azeri Light" markalı xam neftin 1 barelinin qiyməti 0,49 dollar və yaxud 0,71% artıb. FED.az xəbər verir ki, "Azeri Light" markalı neftin qiyməti 69,94 dollar/barelə bərabər olub.