29 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ümumi dəyəri 20 milyon ABŞ dolları olan AZ2003019877 İSİN-li, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi başa çatıb.
FED.az Birjaya istinadən xəbər verir ki, hərrac zamanı 65 investor tərəfindən qiymət intervalı 100 (6%) ABŞ dolları və 101.3741(5.5%) ABŞ dolları olan 68 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 21 milyon 521 min 800 ABŞ dolları, yerləşdirilmiş həcmi isə 20 milyon ABŞ dolları təşkil edib.
İstiqrazların kəsmə qiyməti 100.0000(6%) ABŞ dolları, orta ölçülmüş qiyməti isə 100.0433(5.9841%) ABŞ dolları olaraq müəyyən edilib.
Qeyd edək ki, “AzerGold” istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 6%, faiz ödəniş dövrü isə hər 90 gündən bir təşkil edir.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların ödəmə tarixi 29.01.2027-ci ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.