23 noyabr 2020-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AzerGold” QSC-nin ümumi dəyəri 20 milyon ABŞ dolları olan istiqrazlarının ikinci tranşı üzrə buraxılan hissəsi standart bazar seqmentində listinqə daxil edilib.
Eləcə də bax: “AzerGold” daha 10 milyon dollarlıq - İstiqraz Yerləşdirəcək
FED.az xəbər verir ki, Birjadan daxil olmuş məlumata görə, 30 noyabr tarixində “AzerGold” QSC-nin istiqrazlarının ikinci tranş üzrə 10 milyon ABŞ dolları həcmində olan yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
Eyni zamanda investorların nəzərinə çatdırmaq istərdik ki, ikinci tranşın yerləşdirilməsi üzrə investorlardan tutulan komissiya haqqını (0.02%) “AzerGold” QSC öz üzərinə götürəcəkdir.
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal Dəyəri |
İllik faiz dərəcəsi |
Tədavül müddəti |
Kupon faizlərinin ödəniş müddəti |
AZ2002019878 |
Faizli; təmin edilməmiş; sənədsiz;adlı |
100 000 (ədəd) |
100 ABŞ dolları |
4% |
3 il |
90 təqvim günündən bir |
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.