Bakı Fond Birjası (BFB) bu ilin yanvar-avqust ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin ARMB qiymətli kağızlarının dövriyyələrinin həcmini açıqlayıb.
FED.az şirkətlərin məlumatlarına istinadən xəbər verir ki, ARMB qiymətli kağızlarının dövriyyəsi ən yüksək olan şirkət "PAŞA Kapital İnvestisiya Şirkəti"dir. Məlumata görə, investisiya şirkətinin dövriyyəsi 675 milyon 690 min manatı keçib.
"ABB İnvestisiya Şirkəti"nin dövriyyəsi 175 milyon 141 min manat təşkil edib.
"Assiat Finance İnvestisiya Şirkəti"nin dövriyyəsi 133 milyon 277 min manata çatıb.
"CPM-İnvest İnvestisiya Şirkəti"nin dövriyyəsi 110 milyon 725 min manatdan yüksək olub.
"Capital Partners İnvestisiya Şirkəti"nin dövriyyəsi 36 milyon 857 min manat təşkil edib.
"MFX Trading İnvestisiya Şirkəti"nin dövriyyəsi 32 milyon 915 min manat olub.
"Unicapital İnvestisiya Şirkəti"nin dövriyyəsi 14 milyon 997 min manat təşkil edib.
"Troni İnvestisiya Şirkəti"nin və "İnvest-Az İnvestisiya Şirkəti"nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi müvafiq olaraq 497 min manatdan və 2 milyon 862 min manatdan yüksək olub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.