“Bitcoin dünyada ödəniş vasitəsi kimi deyil, yığım vasitəsi, bir rezerv (ehtiyat) aktivi kimi öz yerini tutuacaqdır”.
FED.az xəbər verir ki, bunu Türkiyənin “Habertürk” televiziya kanalının “Yatırımcı Rehberi” proqramına müsahibəsində “InvestAZ Yatırım” şirkətinin İdarə Heyətinin sədri, tanınmış iş adamı Eləşən Quliyev bildirib. Qeyd edək ki, Elşən Quliyev Azərbaycanda fəaliyyət göstərən "İnvest-Az İnvestisiya Şirkəti" QSC-nin Təsisçisi və Müşahidə Şurasının Sədridir.
Elşən Quliyev qeyd edib ki, Bitcoin-i, digər kriptovalyutaları və rəqəmsal (digital) valyutaları bir birindən ayırmaq lazımdır:
“Çox vaxt bunları qarışdırırlar. Bir var kriptovalyuta, bir var Bitcoin, bir də var rəqəmsal pullar. Düzdür Bitcoin də kriptovalyutadır, amma Bitcoin-in kriptovalyutalar içərisində ayrı bir yeri var. Hər şey Bitcoin ilə başladı. Bitcoin-i qızılın virtual variantı kimi düşünülməlidir, çünki sayı məhduddur. Bitcoin-in alqoritmi fərqli fəlsəfə ilə yaradılıb. Rəqəmsal valyutalar isə bizim hazırda istifadə etdiyimiz ənənəvi kağız və metal pulların yerinə keçəcəkdir. Mərkəzi banklar pul çap etmək yerinə elektron (rəqəmal) pulları istifadəyə verəcəkdir. Bu, makroiqtisadiyyatı pozmayacaq, balansı dəyişdirməyəcək”.
"İnvest-Az İnvestisiya Şirkəti"nin təsisçisi vurğulayıb ki, Bitcoin alternativ yığım vasitəsi kimi bazarda qalacaqdır:
“Kriptovalyutalar, xüsusilə Bitcoin ödəniş vaitəsi kimi deyil, yığım vasitəsi olaraq, rezerv (ehtiyat) bir aktiv olaraq dünyanın sərmayə bazarlarında yerini tutacaqdır. Hazırda Türkiyə kriptovalyutalara ehtiyatlı yanaşır, bu da normaldır, Türkiyə bir çox mövzuya ehtiyatla yanaşır. Gec-tez kriptovalyutalara sərmayə yatırılması doğru olacaqdır və Türkiyəyə fayda da verəcəkdir. Çünki alternativ yığım vasitəsidir”. (Marja)