"GL" ASC şirkəti istiqraz buraxılışı yolu ilə 2 milyon manat cəlb edir.
FED.az xəbər verir ki, şirkət hər birinin nominal dəyəri 1000 manat olan 2000 ədəd faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazlar buraxıb.
İstiqrazların tədavül müddəti 5 il, illik faiz dərəcəsi 12%-dir. Fazilər hər 30 gündən bir ödəniləcəkdir. Yerləşdirmənin anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-dir.
Qeyd edək ki, "GL" ASCin nizamnamə kapitalı-nın 100%-i Quliyev Fərman Eldar oğluna məxsusdur. Şirkətin Direktoru Quluzadə Cahid Zöhrab oğludur.
"GL" ASC daşınar əşyaların girov qoyulması yolu ilə qısamüddətli kreditlərin verilməsini həyata keçirən və daşınar əşyaları saxlamağa qəbul edən kommersiya hüquqi şəxsdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.