Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 36 milyard 855,9 milyon manatlıq əməliyyat aparılıb.
Azərbaycan BOKT-ları I yarımildə 13 milyon manatdan çox zərər edib
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 98 % və yaxud təxminən 2 dəfə çoxdur.
Yarımillik göstəricinin 3 milyard 072 milyon manatlıq hissəsi ilkin bazarda (28,2 % az), 33 milyard 783,9 milyon manatlıq hissəsi isə təkrar bazarda (2,4 dəfə çox) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 15 920 əqd bağlanılıb. Bu, illik müqayisədə 2,2 dəfə çoxdur. Əqdlərin 1 494-ü ilkin bazarın (26,4 % çox), 14 426-sı isə təkrar bazarın (2,3 dəfə çox) payına düşüb.
Yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 4 071,7 milyon manatlıq hissəsi və yaxud 11 %-i dövlət qiymətli kağızlarının, 1 564 milyon manatlıq hissəsi və yaxud 4,3 %-i korporativ qiymətli kağızların, 31 milyard 220,2 milyon manatlıq hissəsi və yaxud 84,7 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 11,4 % çox, 26,9 % az və 2,4 dəfə çoxdur.
6 ayda bu bazarda bağlanmış əqdlərin isə 601-i və yaxud 3,8 %-i dövlət qiymətli kağızlarının, 12 299-u və yaxud 77,2 %-i korporativ qiymətli kağızların, 3 020-si və yaxud 19 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 2,4 dəfə az, 6,1 dəfə çox və 22,3 % çoxdur. (Report)